Laçınlı ailə 34 il sonra eyni fotonu təkrarladı

 Laçınlı ailə 34 il sonra eyni fotonu təkrarladı

Laçınlı ailə eyni məkanda 34 il fərqlə foto çəkdirib.  

Asayis.Az
 xəbər verir ki, foto Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin feysbuk hesabında paylaşılıb.

Laçınlı ata, ana və oğlu 1989-cu ildə çəkdirdikləri fotonu işğaldan azad olunan rayonda 2023-cü ildə yenidən təkrarlayıb.

Qeyd edək ki, Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. 2020-ci il dekabrın 1-də Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan üçtərəfli bəyanata müvafiq olaraq Laçın rayonu boşaldılaraq Azərbaycana təhvil verilib.

 

10:00 - 25 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin