Cərimələnən piyadaların DİQQƏTİNƏ - Tədbirlər görüləcək

 Cərimələnən piyadaların DİQQƏTİNƏ - Tədbirlər görüləcək

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi qayda pozuntusuna yol verdiyi üçün cərimələnən 17 min piyadaya xəbərdarlıq edib.

Asayis.Az APA-ya istinadən xəbər verir ki, idarənin rəsmisi, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, cəriməsi olan şəxslərlə bağlı artıq müvafiq orqanlara müraciət edilib. İcra şöbələri həmin vətəndaşlara borcu ödəmək üçün 10 gün vaxt verir. Ödəməsələr, artıq məcburi icra tədbirləri görülür. Cərimələrin ödənməsi vətəndaşın pensiya, əmək haqqı və digər formada bank kartına yönləndirilir.

Məsələ ilə bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, DYP özü birbaşa vətəndaşın məvacibindən cərimə üçün ödəniş çıxa bilməz, bunu icra məmuru həyata keçirir:



“İcra məmuru istənilən vətəndaşın məhkəmə borcu və ya inzibati xəta ilə bağlı istənilən cəriməsinin ödənilməsi üçün onun maaş və ya pensiya kartından tutulmalar edə bilər. Vətəndaşın cərimənin mübahisələndirilməsi üçün məhkəməyə müraciət etmək hüququ var. Digər halda DYP məsələni icra məmuruna yönləndirir. Vətəndaşın əməkhaqqı və ya pensiyasının 50 faizi qədər məbləğ cərimənin ödənilməsi üçün çıxıla bilər”.

12:00 - 24 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin