Asayis.Az Xəzər TV-yə istinadən bildirir ki, əmlak məsələləri üzrə ekspertlər hesab edirlər ki, paytaxtın mərkəzində, 1-ci və 2-ci zonada torpaq sahəsi qıt olduğundan tikinti şirkətləri çoxmərtəbəli binaların inşası üçün kənar ərazilərə üstünlük verirlər. Bu da həmin ərazilərdə torpağın qiymətinin artmasına şərait yaradır.
Əmlak eksperti Nofəl Quliyev deyib ki, bəzən MTK-lar şəhərin mərkəzi hissələrində köhnə yaşayış binalarını söküb yerində çoxmərtəbəli bina tikməkdə maraqlı deyillər. Səbəb isə bəzi hallarda MTK-larla sakinlər arasında kompensasiya və aylıq kirayə ödənişinin məbləği məsələsində razılığa gələ bilməməsidir. Buna görə də tikinti şirkətləri bu cür layihələri icra etməkdən boyun qaçırırlar və onlar şəhərdən kənarda binalar tikməyə üstünlük verirlər.
Ekspert hesab edir ki, yüksək qiymətə alınan torpaq sahəsində tikiləcək komplekslərdə mənzillərin baha satılacağı istisina edilmir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: