Asayis.Az Olay-a istinadən bildriir ki, bu sözləri mərhum millət vəkili Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva Türk Dünyası Jurnalistlər Federasiyasının təşkil etdiyi 8-ci Türk Dünyası Sənədli Film Festivalında deyib.
"Bu gün Türk Dünyası Jurnalistlər Federasiyasının təşkil etdiyi 8-ci Türk Dünyası Sənədli Filmlər Festivalında "Qənirə Paşayeva adına Türk Dünyası Onur Ödülü"nü qazaxıstanlı rejissor Nazgül Kenzhetaya təqdim etdim.
Əziz bacım, xalqın sevimlisi Qənirə Paşayeva, sən həmişə bizim qəlbimizdə olacaqsan. İnancınız, zəhmətiniz, əməyinizlə Türk Dünyasının igid qızı olaraq qəlbimizdə yaşayacaqsınız. Yaşasın türk qardaşlığı, yaşasın türk həmrəyliyi, yaşasın türk birliyi və həmrəyliyi..." - deyə K.Paşayeva bildirib.