Elmira Axundova hələ də Ukraynaya qayıtmayıb

 Elmira Axundova hələ də Ukraynaya qayıtmayıb

Ötən gün Bakıda Xalq artisti Brilliant Dadaşovanın Heydər Əliyev sarayında "Ürəklə sizinlə" adlı konsert proqramı baş tutub.

Konsert proqramına çoxdandır görünməyən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova da qatılıb. 

Ukraynada müharibə başladıqdan sonra dövlətimizin ali təmsilçisi kimi vəzifə məsuliyyətindən kənar addım ataraq postunu qoyub ölkəsinə gələn Azərbaycan səfiri hələ də bu addımına görə ictimaiyyətdə sərt tənqid olunur.

Üstəlik savaş meydanında hər an ölümlə çarpışan Azərbaycan vətəndaşları olduğu halda Elmira Axundovanın soydaşlarımızın təxliyəsinin təşkilində iştirak etməməsi də sərt şəkildə qınanılır.

Elmira Axundova iki ildir ki, Ukraynada səfir postunu idarə edir. Bu müddətdə xanım səfirin adı nəinki ölkəmizin nüfuzunu qaldıracaq hadisələrdə hallanıb, əksinə o, barəsində yayılan xoşagəlməz informasiyalarla yadda qalıb.

14:35 - 2 İyun 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin