Ermənistanda əsir saxlanılan əsgərimizin anası - “Danışığından hiss olunurdu ki, onu çox incidirlər” - VİDEO

 Ermənistanda əsir saxlanılan əsgərimizin anası - “Danışığından hiss olunurdu ki, onu çox incidirlər” - VİDEO
Ermənistanda 7 aydır əsir saxlanılan əsgərin anası oğlunun sağlamlığı ilə bağlı narahatlıq keçirir.

Xezerxeber.az-ın məlumatına görə, Dürdanə Bəbirova deyir ki, oğlu ilə son danışığı heç də yaxşı olmayıb.

Çünki Aqşin Bəbirov telefonda anasına artıq dözə bilmədiyini deyib.

Dürdanə Bəbirova açıqlamasında bildirib ki, 7 ayda cəmi 4 dəfə oğlunun səsini eşidə bilib. Sonuncu danışıqları dünən olub. Dürdanə xanım deyir ki, Aqşin heç vaxt belə ümidsiz danışmamışdı. Budəfəki danışığından hiss olunurdu ki, onu əsirlikdə çox incidirlər.

Dürdanə xanım oğlunun səhhəti, fiziki və psixoloji sağlamlığı ilə bağlı narahatlıq içindədir. 

Ana oğlunun yolunu gözləyir, tək arzusu Aqşinin tez bir zamanda geri qayıtmasıdır.

Məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsindən bildirilib ki, qurumun nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər. Lakin Komitənin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə olunur.

Xatırladaq ki, aprel ayında Naxçıvanda Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistan tərəfindən əsir götürülüblər. Ermənistan tərəfi onlara qarşı saxta ittihamlarla cinayət işi açıb. Azərbaycan hərbçisi Hüseyn Axundov 20 il, Aqşin Bəbirov isə 11,5 il müddətinə azadlıqdan məhrum edilib.

Ətraflı videomaterialı təqdim edirik:

10:30 - 22 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin