Fulya Öztürk təhdid olunur - "Zəng edib dedi ki..." - VİDEO

 Fulya Öztürk təhdid olunur -
"CNN Türk"ün jurnalisti Fulya Öztürk təhdid olunur.

Asayis.Az
 "CNN Türk"ə istinadən xəbər verir ki, hazırda İsrail-Fələstin arasında münaqişə səbəbindən əraziyə ezam olunan jurnalist naməlum nömrədən təhdid edilib.

"Zəng edib "İsraildəsən? Özünə yaxşı bax" dedilər. Şəkillərimi "Telegram" səhifələrində paylaşırlar. Bu nə deməkdir?", - deyə jurnalist "X"də paylaşım edib.

Canlı yayım zamanı da Öztürkün bu paylaşımı səsləndirilib.
 

 

13:00 - 21 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin