Asayis.Az xəbər verir Baxşəliyev bəzi şəxslərin ona və övladlarına qarğış etdiyini açıqlayıb.
Aparıcısı olduğu “Bizimləsən” proqramında bu haqda danışan Zaur həmin şəxslərə canlı efir vasitəsilə cavab verib: “Bəzi məqamlarla bağlı deyəcəklərim var. Mən proqramda kimsənin acısından reytinq qazanmaq istəyən aparıcı olmamışam. Mənə mesaj yazan bəzi insanlar var, mən televiziyada olanda o insanlar heç orta məktəbə də getmirdilər. Onlar həmin vaxt yazmaq qaydasının nə olduğunu belə bilmirdilər, təəssüflər olsun ki, heç bu gün də bilmirlər. Acınızı başa düşürəm, ona görə çox sərt reaksiya vermirəm, ancaq mənə, mənim övladlarıma dil uzatmaq olmaz. Həmişə demişəm ki, qarğışı sevmirəm, nə qarğış etməyi, nə də eşitməyi sevmirəm. Ancaq bu məsələdə sözümü deyəcəyəm. Kim mənə və mənim balalarıma nəyi arzulayırsa, Allah on qatını ona və balalarına nəsib eləsin”.
Qeyd edək ki, Zaur Baxşəliyevin müəllifi olduğu “Bizimləsən” proqramında səs-küylü iki ölüm hadisəsi - Yaqut Nəriman kimi tanınan 41 yaşlı müğənninin əri tərəfindən qətli və tanınmış jurnalist Türkan Məmmədlinin intihar edən həyat yoldaşı Orxan Məmmədlinin ölümü ətrafında apardığı müzakirələr birmənalı qarşılanmayıb.
Sosial şəbəkə istifadəçiləri aparıcını şəxsi həyata müdaxilədə və tanınmış şəxslərin üzərindən reytinq yığmaqda ittiham ediblər.
. Z.Baxşəliyev məlum çıxışında ad çəkməsə də, aparıcının bu ölüm hadisələri ilə bağlı açdığı müzakirələrdən sonra qınağa tuş gəldiyi güman edilir.
Həmin görüntüləri təqdim edirik: