"Meşəli kəndində cinayəti Ermənistandan, xaricdən gələnlər törədib. Daşnaksütyun partiyasının üzvləri törədib".
Asayis.Az xəbər verir ki, bu sözləri qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonununun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviç deyib.
O bildirib ki, həmin hadisələrdə iştirak etməyib.
Prosesdə ifadə verən zərərçəkmişlərdən biri isə Vaqif Xaçaturyanı tanıdığını, bu qanlı cinayəti torədənlərdən birinin də Vaqif Xaçaturyanın özü olduğunu deyib.
Vaqif Xaçaturyan bildirib ki, Meşəli kəndinə hücum bir gün əvvəl Xankəndidə hazırlanmışdı. Həmin dəstənin başçıları Xankəndindən olublar, onların adlarını bilməyib: "Bizim kənddən hadisədə iştirak edənləri tanıyıram. Amma o biriləri tanımıram".
Demokrat.az