Bakıda 41 yaşlı qadın intihar edib.
Asayis.Az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.
Belə ki, oktyabrın 16-da 3-cü Əhmədli küçəsi, ev 30 ünvanında yaşayan, 1982-ci il təvəllüdlü Gülnarə Məmmədova yaşadığı fərdi yaşayış evinin eyvanında mələfə vasitəsilə özünü asıb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.