“Kişilərlə görüşə gedə bilmirdim” - 1 yaşlı körpəsini qətlə yetirən qadına hökm oxundu (VİDEO)

 “Kişilərlə görüşə gedə bilmirdim” - 1 yaşlı körpəsini qətlə yetirən qadına hökm oxundu (VİDEO)

 

Bir yaşlı uşağını öldürməkdə təqsirləndirilən Nərgiz Bağıyevanın məhkəməsi yekunlaşıb.

Asayis.Az
 xəbər verir ki, ana əvvəlcə uşağı zəhərləyib ölmədiyini görəndə isə onu boğub. Dəhşətli cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutub.

İttihama görə, 2022-ci ilin sentyabrın 9-da Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü Yusifin ölməsi barədə Suraxanı Rayon Prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 20 yaşlı Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Məlum olub ki, Nərgiz Bağıyeva sərbəst hərəkət etməsi, kişilərlə münasibət saxlamasına mane olduğu üçün uşağını öldürmək qərarına gəlib. O, azyaşlının yeməyinə zəhər qatıb və daha sonra uşağın ölməsi üçün evdən çıxıb gedib. Nərgiz Bağıyeva aptekdən uşaq bezi alaraq geri qayıdanda uşağın ağzından köpük gəlsə də, ölmədiyini görüb. Bundan sonra o, uşağı boğaraq öldürüb. İstintaq dövründə təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə maddələri ilə ittiham elan edilib. İbtidai istintaq yekunlaşandan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə Dövlət aktının elan etməsi ilə başlayıb. Daha sonra təqsirləndirilən şəxsin vəkili məhkəməyə Nərgiz Bağıyevanın ərizəsini təqdim edib.

Hakimin elan etdiyi həmin ərizədə qeyd olunub ki, uşaq evində böyüyüb, analıq qayğısından məhrum olub, buna görə də uşağı öldürüb. Qadın həmin ərizəsində bu cinayəti törətməkdə peşmanlıq hissi keçirdiyini də qeyd edib. Daha sonra hakim Nərgiz Bağıyevaya sərbəst ifadə vermək üçün söz verib.

Lakin o, məhkəmədə ifadə verməkdən imtina edib. Bu səbəbdən hakim onun ibtidai istintaqa verdiyi ifadəsini elan edib. Nərgiz Bağıyeva istintaqa verdiyi ifadəsində göstərib ki, Ziya adlı şəxsdən nikahdankənar oğlu olub. Ziya 2020-ci ildə narkotik vasitələrdən həbs edilib.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra işlədiyi dükanın sahibi ilə tanış olub:

“Uşağa baxmaqdan bezmişdim. Uşağa baxdığım üçün özümə baxa, öz qayğıma qala bilmirdim. Buna görə də görüşə gedə bilmirdim. Bu səbəblərdən uşağı uşaq evinə qoymaq istədim. Lakin anam buna imkan vermədi”.

N.Bağıyevaya qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub və o, 14 il müddətinə həbs olunub.

Daha ətraflı süjetdə:
 

15:36 - 17 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin