İki azyaşlı qızı ilə birgə özünü 5-ci mərtəbədən atan qadınla bağlı YENİ XƏBƏR

 İki azyaşlı qızı ilə birgə özünü 5-ci mərtəbədən atan qadınla bağlı YENİ XƏBƏR

Yasamal rayonunda iki azyaşlı qızını beşinci mərtəbədən yerə atmaqda ittiham olunan Aytən Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Asayis.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib. 

Məhkəmənin hökmü ilə Aytən Abbasovanın hadisəni törədərkən anlaqsız olduğu qənaətinə gəlinib.

Bu səbəbdən onun barəsində ittihamedici hökm çıxarılmayıb və barəsində ümumi tipli psixiatriya stasionarında tibbi xarakterli məcburi müalicə təyin edilib.
İstintaq orqanı tərəfindən Aytən Abbasovanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Qeyd edək ki, hadisə Bakının Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində baş verib. 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı iki azyaşlı övladı, 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb.

Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, iki övladı ilə intihara cəhd edən Abbasova Aytən qayınanasının ad gününü təbrik etmədiyi üçün aralarında mübahisə yaranıb. Hadisə bundan sonra baş verib.

Onların arasında bundan əvvəldə mütəmadi olaraq mübahisələri yaranıb. Aytən Abbasovanın həyat yoldaşı Ruslan Abbasov hadisə zamanı Rusiyada olub.
 

14:36 - 17 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin