“Maşını qeydiyyata salmağa görə məndən 510 manat aldılar” — Səs yazısı

 “Maşını qeydiyyata salmağa görə məndən 510 manat aldılar” — Səs yazısı
Babək rayon sakini Kamran Teymurbəyli iddia edir ki, avtomobilini Bakıda öz adına qeydiyyata salmaq üçün Dövlət Yol Polisi əməkdaşı ondan 400 manat rüşvət tələb edib.

Yeniavaz.com xəbər verir ki, o, adı İxtiyar olduğu iddia edilən həmin əməkdaşla olan telefon danışığının səs yazısını fakt olaraq “Gündəlik Naxçıvan”a təqdim edib.

Şikayətçi iddia edir ki, öncə ona Naxçıvan qeydiyyatında olduğu üçün avtomobili Bakıda adına salmağın mümkün olmadığını bildiriblər.

“Məndən 460 manat pul aldılar. Polislər məni ötürdülər “makler”lərin üstünə. Tələsirdim deyə mən də pulu verdim. 50 manat da əlavə pul aldılar”, - K.Teymurbəyli deyib.

Daha ətraflı:
 

 

13:00 - 15 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin