Bu bazarı cərimə gözləyir

 Bu bazarı cərimə gözləyir

"Yevlax-mərkəzi bazar" Açıq Səhmdar Cəmiyyətinə inzibati protokol yazılıb.

 

 Asayis.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü (standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

İş Yevlax Rayon Məhkəməsinin hakimi Ruslan ƏIizadənin sədrliyi ilə araşdırılacaq.

11:36 - 13 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin