"Azərbaycan Dəmir Yolları"nı cərimə gözləyir

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə inzibati protokol yazılıb.

 

Asayis..Azz-ın xəbərinə görə, Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun icraatındadır.

 

11:12 - 13 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin