"Anaların təhsilli olması olduqca vacib faktordur".
Asayis.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı-2023”ün təqdimat mərasimində deyib.
"Biz çalışmalıyıq ki, uşaq əsasən təhsilli, savadlı ana tərəfindən tərbiyə almış olsun. Bu baxımdan, qadınlarımızın təhsil alması, onların təhsilə olan marağının artırılması çox önəmlidir", - nazir vurğulayıb.