"Anaların təhsilli olması olduqca vacib faktordur" - Nazir

"Anaların təhsilli olması olduqca vacib faktordur".

Asayis.Az
 xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı-2023”ün təqdimat mərasimində deyib.

"Biz çalışmalıyıq ki, uşaq əsasən təhsilli, savadlı ana tərəfindən tərbiyə almış olsun. Bu baxımdan, qadınlarımızın təhsil alması, onların təhsilə olan marağının artırılması çox önəmlidir", - nazir vurğulayıb.

11:48 - 12 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin