TƏBİB-dən 20 min dollar maaşdan imtina edərək Azərbaycana gələn həkimlə bağlı AÇIQLAMA

 TƏBİB-dən 20 min dollar maaşdan imtina edərək Azərbaycana gələn həkimlə bağlı AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Adilova Almaniyada fəaliyyət göstərən invasiv kardioloq Nicat İbrahimovla bağlı məsələyə aydınlıq gətirib.
 
Z.Adilova Pravda.az-a açıqlamasında deyib ki, həkim Şirvan Şəhər Mərkəzi Xəstəxanasında fəaliyyətə başlayacaq, onun fəaliyyəti üçün hər bir şərait yaradılıb, dəstək göstərilib.

“Həkim dəvətlə gəlib. Rəsmi olaraq 13 oktyabrdan etibarən fəaliyyətə başlayacaq. Ümumiyyətlə, TƏBİB xaricdə yaşayan və çalışan azərbaycanlı həkimlərin ölkəmizə gəlməsini hər zaman təşkil edir və onları ölkəmizə dəvət edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin uzmanların dəvət edilməsi ilə bağlı “Xarici ölkədə təhsil almış həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu” proqramı çərçivəsində xaricdə çalışan və yaşayan 100-dək həkim artıq Azərbaycana gəlib. Onlar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində fəaliyyət göstərirlər. İyunun 17-22-si tarixlərində TƏBİB ilk dəfə Dünyadakı Azərbaycanlı Təbiblərin Birinci Simpoziumunu keçirdi. Həmin simpoziumda da 12 ölkədən 120-yə yaxın həkim iştirak etmişdi. Həkimlər arasında gələcəkdə Azərbaycanda gəlib işləmək istəyənlərin sayı kifayət qədər idi. Bundan sonra onların ölkəmizə qayıdıb burada çalışmalarını təşkil edəcəyik. Nicat İbrahimovun Azərbaycana gəliş səbəbi fərqli ola bilər, amma onun çalışacağı tibb müəssisəsi onsuz da TƏBİB-in tabeliyində fəaliyyət göstərir”, - qurum rəsmisi deyib. bildirib.
 
Qeyd: Sosial şəbəkələrdə və mətbuatda 12 ildir, Almaniyada yaşayan və işləyən Nicat İbrahimovun Almaniyada aylıq 20 min dollar maaşından imtina etməsi böyük maraqla qarşılanıb. Nicat İbrahimov Azərbaycan Tibb Universitetini bitirəndən sonra Almaniyada təhsilini davam etdirib. Almaniyanın Koburq şəhərindəki Regiomed Klinikasında Daxili Xəstəliklər və Kardiologiya şöbəsinin müdiri olub. 12 ildən çox olan fəaliyyəti dövründə 17 gənc azərbaycanlını assistant olaraq yetişdirib. 

16:36 - 11 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin