Vidadi Həsənov əməliyyat olundu

 Vidadi Həsənov əməliyyat olundu

Xalq artisti Vidadi Həsənov əməliyyat olunub.

Asayis.Az xəbər verir ki, bu barədə sənətçi Bakupost.az-a açıqlamasında bildirib:

“Bir ay əvvəl sol gözümdə problem yarandı. Demək olar ki, görmürdüm. Müayinə zamanı göz dibində at nalı qopması diaqnozu qoyuldu. Dünən əməliyyat etdirdim”.

Aktyor hazırda özünü yaxşı hiss etdiyini qeyd edib:

“Bu gün səhər tezdən öz fəaliyyətimlə məşğulam. Özümü çox yaxşı hiss edirəm, sol gözümün görmə qabiliyyəti isə bərpa olunmaqdadır”.

15:36 - 11 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin