Bu yaxınlarda vəfat edən millət vəkili Qənirə Paşayeva ilə bağlı səs yazısı yayılıb. Səs yazısından aydın olur ki, Qənirə Paşayeva ölümündən iki ay əvvəl onu məşhur bloqer Elçin Lənbaranskiyə göndərib. O, səsli mesajda Türkiyədə ağır əməliyyat keçirdiyini, günlərdir xəstəxanada qaldığını, həkimlər tərəfindən yeni evə yazıldığını bildirib.
Q.Paşayeva həmçinin ağır əməliyyatdan sonra Bakıya qayıtdığını və bacısının evində olduğunu qeyd edib. Səs yazısında bloqerin deputat xanımdan Şuşaya səfərlə bağlı xahiş etdiyi məlum olur.
Məsələ ilə bağlı Q.Paşayevanın əmisi, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevlə əlaqə saxladıq.
Q.Paşayev Bakupost.az –a açıqlamasında bu məlumatın doğru olmadığını bildirdi:
“Tamam yalan məlumatdır. Qənirə xanım Türkiyədə heç bir əməliyyat keçirməyib. O, işlə məşğul olardı, az-az görüşərdik. Yalnız mənim ad günümə gələrdi. Heç nədən xəbərim olmazdı”.