Bakıda rəsm kursunda yeniyetmə qıza qarşı əxlaqsız hərəkətlər etmiş 73 yaşlı müəllim məsuliyyətə cəlb edilib.
Asayis.Az xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 153.1-ci (16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə iş açılan H.Tağıyevin (şərti) işi Nizami Rayon Məhkəməsinə göndərilib.
Bildirilib ki, 8 il əvvəl təqaüdə çıxan H.Tağıyev həmin vaxtdan yaşadığı yerin yaxınlığındakı kurslardan birində rəsm müəllimi kimi işləyib.
Onun 2022-ci ildə 15 yaşlı şagirdinə qarşı müxtəlif əxlaqsız hərəkətlər etməsi barədə polisə müraciət daxil olub və barəsində cinayət işi açılıb.
Məhkəmə bir neçə gün əvvəl 73 yaşlı müəllimə hökm oxuyub.