Bu futbolçular həbs edildi

 Bu futbolçular həbs edildi

Polşanın "Legia" Varşava komandasının iki futbolçusu Avropa Konfransı Liqasının oyunları çərçivəsində dünən axşam keçirilən matçın sonunda Hollandiya polisi tərəfindən həbs edilib.

Demokrat.az
 xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Bildirilib ki, 28 yaşlı serb futbolçu Radovan Pankov və 33 yaşlı portuqaliyalı oyunçu Josue həbs edilib.

Qeyd edək ki, yayılan məlumatlarda futbolçuların həbs olunma səbəbi qeyd edilməyib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.aap

13:00 - 8 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin