Mahir Xəttab aclıq aksiyasına başladı

 Mahir Xəttab aclıq aksiyasına başladı

Həbsdə olan “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərov (Xəttab) saxlanıldığı  Penitensiar xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayıb.

Asayis.Az xəbər verir ki, bu barədə onun qohumları məlum verib. 

Bildiriblər ki, Mahir Ələkbərov aclıq aksiyasına bu gün başlayıb. Qeyd olunub ki, Mahir Xəttab sulu aclıq aksiyası keçirir. 

Mahir Xəttabın aclıq akasiyası keçirməsinə səbəb isə onun işinə obyektiv baxılmaması, maneçilik yaradılması olub. 

Jurnalistin ailəsindən bildirilib ki, Mahir Xəttab ona təyin edilmiş cəzanın yarıdan çoxunu çəkib və vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət etmək niyyətindədir. 

Amma cəza müddətinin üçdə ikisini çəkdiyi halda vaxtından əvvəl azadlığa buraxılmasına imkan yaradılımır. Bununla bağlı həm cəza çəkdiyi müəssisənin, həm də Penitensiar Xidmətin rəhbərliyinə müraciət etsə də, onun sənədlərinin məhkəməyə göndərilməsi üçün komissiyadan keçirilməsinə heç bir şərait yaradılmır. 

Qeyd edək ki, Mahir Xəttab Nəsimi rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  

Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. 

Amma Ali Məhkəmənin qərarı ilə onun cəzasından 6 ay çıxılıb.

10:00 - 7 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin