Qaradağ və Qusarda xüsusi əməliyyat - "Kalaşnikov"lu şəxslər tutulub

 Qaradağ və Qusarda xüsusi əməliyyat -

Daxili İşlər Orqanları silahlı şəxslərin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat keçirir.

Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ümid qəsəbə sakini X.Verdiyevdən “AKM” markalı avtomat silahı, 1 ədəd patron darağı və 9 ədəd patron aşkarlanıb.

Qusar Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyatla  Bakı şəhər sakini saxlanılıb. Əvvəllər məhkum olunmuş A.Ağaxanovdan nömrəsi silinmiş “AKM” markalı silah, 1 ədəd səsboğucu, 6 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

16:23 - 11 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin