Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Qırdəhal” MMC olub.
Asayis.Az xəbər verir ki, İdarə itlər üçün quru yemin satın alınmasına görə “Qırdəhal” MMC-yə 117 min 500 manat ödəyəcək.
İtlər üçün alınacaq quru yemlərə aşağıdakılar daxildir:
1. Böyük itlər üçün mal ətindən hazırlanmış quru yem – 20 min kiloqram
2. Balaca itlər üçün qarışıq tərkibli quru yem – 5 min kiloqram
Nizamnamə kapitalı 10 manat olan “Qırdəhal” MMC-nin hüquqi ünvanı Lerik rayonu, Andurma ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Müseyibov Cavid Cahangir oğludur.
Yeniavaz.com