Ukrayna 1380 azərbaycanlını deport edib

 Ukrayna 1380 azərbaycanlını deport edib

Ötən il Ukraynada qanunsuz yaşayan və deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, 2021-ci ildə ümumilikdə 1 448 Azərbaycan vətəndaşının qeyri-qanuni miqrant olduğu müəyyən edilib. Ötən il 2 Azərbaycan vətəndaşının könüllü olaraq ölkəsinə geri qayıtması barədə qərar qəbul edib, 1 380 Azərbaycan vətəndaşı isə məcburi ölkəsinə geri qaytarılıb. 47 Azərbaycan vətəndaşının isə Ukrayna dövləti hüdudlarından məcburi qovulması barədə qərar çıxarılıb.//report

16:22 - 11 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin