“Axtarışda olan separatçıları könüllü təslim olmağa çağırıram”

 “Axtarışda olan separatçıları könüllü təslim olmağa çağırıram”

“Separatçı rejimin axtarışda olan şəxslərinə müraciət edərək onları künüllü olaraq təslim olmağa çağırıram. Onsuz da gec-tez həbs ediləcəklər”. 

Asayis.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

“Çoxsaylı cinayət əməllərində təqsirləndirilən David Babayan, Arayik Arutunyan və Cəlal Artunyan beynəlxalq axtarışa verilmişdi. Artıq onlardan David Babayan həbs edilib. Bu və digərləri barədə gələcəkdə ətraflı məlumat veriləcək”, - deyə Baş prokuror bildirib.

11:50 - 1 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin