2024-cü il üzrə dövlət büdcəsinin gəlirlərində əlavə 408,0 milyon manatlıq artım dövlətə məxsus şirkətlərin hesabına qarşılanacaq.
Asayis.Az xəbər verir ki, bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Maliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, əlavə gəlirlər dövlət büdcəsində dövlətə məxsus şirkətlərin (SOCAR) dividentlərinin ödənilməsi ilə bağlıdır.
Bildirilib ki, əlavə gəlirlərin hesabına dövlət büdcəsinin iqtisadi fəaliyyəti ilə bağlı xərclərinin artırılması həyata keçirilib.
Xatırladaq ki, sentyabrın 23-də Nazirlər Kabinetinin qərarına əsasən, Maliyyə Nazirliyinin 2024-cü il üzrə ilkin açıqladığı dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri 408,0 milyon manat artırılıb və müvafiq olaraq gəlirlər 34 milyard 173 milyon manat, xərclər isə 36 milyard 763 milyon manata çatdırılıb.