"Ayağını şalvarın üstündən bintlə sarıdılar" - Baş həkimdən ŞİKAYƏT (VİDEO)

Bərdə Rayon Mərkəzi Xəstəxanasından şikayət var.
Asayis.Az xəbər verir ki, xəstəxananın direktoru həkim Vüsal Məmmədovun qanuna zidd əməlləri narazılığa səbəb olub. 

Belə ki, xəstə Yusifli Elmin Əfrasiyab oğlu 19 avqust 2023-cü il tarixdə ayağında sınıq xəsarətilə xəstəxanaya yerləşdirilib. Yaxınlarının sözlərinə görə, E.Yusifli ayın 24-nə qədər əməliyyat olunmayıb:

“Ayağını şalvarın üstündən bintlə sarıdılar. 1100 manat dəmir avadanlığa pul istədilər. İcbari tibbi sığortası olan xəstədən həkim hansı haqla belə bir şey tələb edir?! TƏBİB-ə şikayət etdikdən sonra xəstəxanaya yarımçıq dəmir avadanlıq gətirdilər. Çatışmayan avadanlığı özümüz Bakıdan alıb, gətirdik.  Xəstəxana şəraitsizdir. Binti də özümüzə aldırdılar”. 

Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. Bildirildi ki, şikayət araşdırılandan sonra əlavə məlumat  veriləcək. Bərdə Rayon Mərkəzi Xəstəxanasına etdiyimiz zənglər isə cavabsız qaldı.  
 

13:00 - 29 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin