Füzulidə 30 il əvvəl itkin düşən şəxsin nəşi ailəsinə təhvil verildi

 Füzulidə 30 il əvvəl itkin düşən şəxsin nəşi ailəsinə təhvil verildi

Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunda itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənd rayonunun Edilli kəndində aşkarlanan Cahangir Məmi oğlu Xələfovun nəşi ailəsinə təhvil verilib.

Asayis.Az “Report”ya istinadən xəbər verir ki, mərhum vida mərasimi keçirildikdən sonra Şüvəlan qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, C.Xələfov 1932-ci ildə Füzuli rayonunun Dördçinar kəndində anadan olub. 1993-cü ilin sentyabrında Füzuli rayonunda itkin düşüb. Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin C.Xələfova məxsus olduğu təsdiqlənib.

 

18:12 - 28 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin