“Növbəti ildən ambulator şəkildə xəstələrə dərman təminatının həyata keçirilməsi planlaşdırılır”.
Asayis.Az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi İddialar Departamentinin rəhbəri Nərgiz Ağayeva bildirib.
Onun sözlərinə görə, birinci mərhələdə hipertenziya xəstəliyindən əziyyət çəkən şəxslərə bu dərmanlar veriləcək. Növbəti mərhələdə isə mədə-bağırsaq və digər xəstəlikləri əhatə edəcək. Artıq təkliflər Nazirlər Kabinetinə göndərilib.
“Qafqazinfo”