Rəqabət sahəsindəki məsələləri ayrıca qurum tənzimləyəcək - YENİLİK

 Rəqabət sahəsindəki məsələləri ayrıca qurum tənzimləyəcək - YENİLİK

Bir müddətdir ki, Milli Məclisdə Rəqabət Məcəlləsinin müzakirəsi gedir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məhəmməd Abbasbəyli bildirib ki, Rəqabət Məcəlləsinin qəbulundan sonra inhisarçılıq aradan qalxacaq. 

Onun sözlərinə görə, bu Məcəllə qəbul ediləndən sonra rəqabət qanunvericiliyinin tətbiq dairəsi genişləndiriləcək:

“Artıq rəqabət aparmamaq öhdəliyi qadağan ediləcək. Bu daha çox satınalmalarda rast gəlinən haldır. Eyni zamanda qiymət əsaslı sui-istifafə meyarları tətbiq edilə biləcək”. 

Asayis.Az xəbər verir ki, iqtisadçı ekspert Pərviz Heydərov açıqlamasında qeyd edib ki, illərdir ölkədə sağlam rəqabət mühiti olmadığı üçün inhisarçılıq süni qiymət artımına şərait yaradır:

“Bunun da əsas səbəbi qanunvericilik sahəsində olan boşluqlar idi. Bildiyim qədərilə bu sahədə ayrıca qurum fəaliyyət göstərəcək. Rəqabət Məcəlləsi qəbul olunduqdan sonra bazar iştirakçılarının bu və ya digər sahədə hansı paya sahib ola biləcəyi, kimin nə qədər pay sahibi ola biləcəyi dəqiq rəqəmlərlə göstəriləcək. Bu sahədə fəaliyyət göstərəcək qurum müvafiq məsələləri tənzimləyəcək. Bu halda ümid edə bilərik ki, ölkədə mövcud olan bir sıra inhisarçılıq elementləri aradan qalxacaq”. 

Demokrat.az

12:00 - 28 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin