Qaxda qohumunu güllələməkdə ittiham olunan Cavidan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Asayis.Az xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Xaliq Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Qax rayonunun Almalı kəndi ərazisində baş verib. 1991-ci il təvəllüdlü Cavidan Məmmədov ov tüfəngi ilə qohumu Turan Məmmədova xəsarət yetirib.
Qeyd edək ki, Turan Məmmədovla Cavidan Məmmədov yaxın qohumdurlar və hər ikisi "Bank Respublika"nın Qax filialında çalışıblar.