Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Asayis.Az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsndə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror A.Məmmədovun vəzifə səlahiyyətlərindən istifadə etməkdə, xüsusilə külli miqdarda mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda təqsirli bilərək 13 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Eks-icra başçısı təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilib.
Qeyd edək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiaham irəli sürülüb. A.Məmmədov məhkəmədə özünü təqsirli bildiyini deyib.
“Qafqazinfo”