Azərbaycanın mərkəzi hakimiyyəti Xankəndi şəhərinə tibbi yardım göndərib.
“Report” xəbər verir ki, dərman ehtiyatı, ilkin yardım üçün avadanlıq və ləvazimatlarla təchiz edilmiş avtomobil Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.
Hazırda tibbi yardım avtomobili Xankəndi istiqamətində hərəkət edir.
Yardım şəhərdə partlayışda yaralananlar üçün nəzərdə tutulub.
Qeyd edək ki, sentyabrın 25-i axşam saatlarında Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Benzin çəninin partlaması nəticəsində ölən və yaralananların olduğu bildirilir.