Asayis.Az xəbər verir ki, reportajda Ermənistana gedən erməniəsilli Ağdərə sakininin fikirləri də yer alıb.
Erməniəsilli vətəndaş Azərbaycan dilində danışaraq bildirib ki, onlar Ağdərəyə İrəvandan köçüblər:
“Polislər və əsgərlər bizə kömək edir və yaxşı davranırlar. Onlardan heç bir narazılığımız yoxdur. Bizə çörək verirlər və digər ehtiyaclarımızı qarşılayırlar. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirik”
Reportajda avtomobilində nasazlıq yaranan həmin sakinə polis əməkdaşlarımız kömək ediblər.