"Dünya bazarlarında yanacaq qiymətlərində baş verən dəyişiklik ölkəyə təsir etmir" - AÇIQLAMA

ABŞ-da dizel yanacağı fyuçersləri 140 dollara çatıb. Eyni dövrdə Avropa İttifaqında da dizelin qiyməti 60 faiz artıb. 

Asayis.Az xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, dünya bazarlarından fərqli olaraq Azərbaycanda dizelin bahalaşacağı gözlənilmir:



“Avropa və Amerikada qiymətləri bazar tənzimləyir, dövlət deyil. Bazar şərtlərinə uyğun qiymətlər düşür və ya qalxır. Azərbaycanda isə dizel yanacağı ilə Aİ 92 markalı benzinin qiyməti hökumət tərəfindən tənzimlənir. Bu baxımdan dünya bazarlarında yanacaq qiymətlərində baş verən dəyişiklik ölkəyə təsir etmir. Bu, Tarif Şurasının qərarından asılı olan məsələdir.

Düşünmürəm ki, indiki inflyasiya şəraitində hökumət dizelin qiymətini qaldırsın. Çünki bu, inflyasiyanı daha da sürətləndirə bilər. Dizel daşımalarda, sərnişin nəqliyyatında istifadə olunan yanacaqdır. Bahalaşmasına əsas yoxdur. İndi hökuməti maraqlandıran məsələ inflyasiyanı aşağı salmaqdır”.
 

Demokrat.az

12:12 - 26 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin