Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı sentyabrın 19-u Xocavənd ərazisində erməni diversiya qrupunun törətdiyi mina partlayışında həlak olan polis əməkdaşı Asim Camalzadənin yas mərasimində iştirak edib.
Asayis.Az xəbər verir ki, bu barədə məlumatı səfir “X” hesabında paylaşıb.
Onun sözlərinə görə, A.Camalzadənin atası və yaxınlarına başsağlığı verib: “Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”.