“Həm 1 günlük, həm də 44 günlük müharibə dünya tarixində nadir savaşlardandır ki, bütün dünyanın gözünün qabağında hər nöqtəsinədək aydın şəkildə görsənir. Heç kimdən gizli heç nə yoxdur”.
Asayis.Az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Xalq şairi Ramiz Rövşən deyib.
O, hər şeyin göz önündə olduğunu qeyd edib: “Artıq rejissorların nəsə çəkməyinə ehtiyac yoxdur. Hazır çəkilib. Bütün cəsarət və qəhrəmanlıqla birlikdə bu ifadəni işlətmək olar: namuslu vuruşma. Oğru kimi yox, xəlvətdən mina təmizlənmiş yerə mina qoymaq yox. O, insan xislətı deyil. Biz isə açıq-aydın... Gücümüz budur”.
R. Rövşənin sözlərinə görə, son hadisələr hər halda, ermənilər üçün dərs olacaq:
“Yevlax görüşü də yəqin dərs olacaq. Düzdür, ermənilərin xislətinə bələdəm, amma hər halda dərs olacaq. Elə xəstəliklər var ki, mütləq cərrahi əməliyyatı olmalıdır, başqa yolu yoxdur. Nə qədər kədərli olsa da belədir. Və o 1 günlük hərbi əməliyyatı təkcə əməliyyat saymıram, həm də o, cərrahi əməliyyat idi. Göstərdi ki, onlar yalançı təkəbbürdən, yalançı özündənrazılıqdan kəsildi və gəldilər ağ bayraq qaldırdılar”.