Bakıda ağır yol qəzası baş verib.
Məlumata görə, Salyan rayon sakini Cəlilov Fuad Fəxrəddin oğlu idarə etdiyi BMW markalı, 99-NM-420 dövlət nömrə nişanlı avtomobili hərbi hissənin divarına çırpıb.
Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Avtomobil yoldan çıxaraq Müdafiə Nazirliyinin maddi-texniki təminat hərbi hissəsinin divarına çırpılıb. Nəticədə divar uçub, elektrik dirəyi aşıb. Ərazidə işıqlar sönüb.
Sürücü bildirib ki, qaranlıq yolda qəflətən qarşısına piyada çıxıb. O da piyadanı vurmamaq üçün sükanı qaçırmalı olub və qəza baş verib.
Hadisə ilə bağlı araşdırma aparılır.