Prezident təqaüdçüsü olan şair “Kapital Bank”ı tənqid etdi - “Qanunları saymırlar…”

 Prezident təqaüdçüsü olan şair “Kapital Bank”ı tənqid etdi - “Qanunları saymırlar…”

Gənc şair, Prezident təqaüdçüsü Rauf Qərib Alagöz “Kapital Bank”dan şikayətçidir.

Asayis.Az
 xəbər verir ki, şair Rauf Qərib Alagöz sözügedən bankı qanunları kobud şəkildə pozmaqda ittiham edir.

Şair Rauf Qərib Alagöz yazır:

“Diqqət! 

Hətta, ermənilər belə Azərbaycan Respublikasının qanunlarını qəbul etdi, amma “Kapital Bank” əməl etmir. Bankın hüquq departamentinin 1 günlük araşdırmasından sonra əməkdaşları zəng edib dedi ki, biz Azərbaycan Respublikasının verdiyi sənədi tanımırıq, mütləq bizə xarici pasport təqdim etməlisiniz. 

Mən Azərbaycanda yaşadığımı və sərhədkeçmə sənədinin onlara aidiyyəti olmadığını bildirdim.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında qanuna görə mən və mənim kimi minlərlə Azərbaycanda Daimi Yaşayan xarici ölkə vətəndaşları Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquqlara sahib olduğumuz halda həmin bank bu qanunun da tələblərini tanımır.

Dolayısıyla, hətta separatçıların və düşmənin də boyun əydiyi Azərbaycan Respublikasının qanunlarına riayət etməyən,  öz daxili qanunlarını tətbiq etməyə çalışan bankın xidmərlərindən birdəfəlik imtina edirəm.

Mənim üçün Azərbaycan Respublikasının qanunlarını bütün qanunlardan alidir”.

Məsələ ilə bağlı “Kapital Bank”dan suallarımıza cavab verilməyib.


Demokrat.az

13:00 - 21 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin