Vilayət Eyvazov Ramiz Zeynalova yeni müavin təyin etdi

 Vilayət Eyvazov Ramiz Zeynalova yeni müavin təyin etdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində yeni təyinatla bağlı daha bir əmr imzalayıb.

Məlumata görə, nazirin əmrinə əsasən Baş Dövlət Yol Polisi İdarəsinin rəisinə yeni müavin təyin olunub. Belə ki, polis polkovnik-leytenantı Pərvin Səfərəliyev BDYPİ-nin rəis müavini təyin edilib. 

Qeyd edək ki, buna qədər o, İdarənin Yol Patrul Xidməti Alayının komandir müavini vəzifəsində çalışıb.

Keçmiş rəis müavini, polkovnik-leytenant Namidan Piriyev tutduğu vəzifədən azad olunaraq DİN-in Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə rəis təyin edilib.

21:22 - 14 May 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin