Ukraynanın Ujqorod Milli Universitetinin professoru Fyodor Şandor müəllimlik fəaliyyətini yarımçıq qoymayıb və tələbələrinə birbaşa səngərdən mühazirələr oxuyur.
Bu haqda Viktor Şçadey sosial şəbəkədə paylaşım edib.
"Döyüş növbəsi arasındakı fasilədə universitetin professoru Fedor Şandor tələbələrinə turizm mövzusunda mühazirə oxuyur. Mülki həyatda olduğu kimi, daim hərəkətdədir. Mühazirələr tələbələrə müqəddəsdir, onları qaçırmaq olmaz”, - Şandorla eyni şöbədə xidmət edən Şçadey yazıb.
Müharibənin elə ilk günü Şandor Fedor Fedoroviç hərbi komissarlığa gəldiyini və hazırda müdafiə batalyonunda xidmət etdiyini bildirib. Qeyd edib ki, indi o, Ukraynanın şərqindədir.
"Bu iki ay ərzində onun dəftərində Zakarpatiya üçün çoxlu maraqlı fikirlər yazılıb, biz onları müharibədən sonra mütləq həyata keçirəcəyik" , - Şçadey əlavə edib.
Mədəniyyət naziri Oleksandr Tkaçenko da müəllimin səngərdəki şəklinə diqqət çəkib.
"Ukraynada distant təhsil yeni səviyyəyə keçir. Sadəcə olaraq, professor Fedor Şandor Ukraynanın şərqindəki səngərlərdən dərslər aparır. Bunu necə bəyənirsən, İlon Mask? Mən Fedoru şəxsən tanıyıram, onunla fəxr edirəm", - Tkaçenko bildirib.