Pullu yoldan istifadə belə olacaq - Detallar AÇIQLANDI (VİDEO)

 Pullu yoldan istifadə belə olacaq - Detallar AÇIQLANDI (VİDEO)
Bakı - Quba - Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunda sürət həddi eyni, ödənişin həcmi isə fərqli olacaq.

Asayis.Az xəbər verir ki, tariflər avtomobilin qət etdiyi məsafəyə görə hesablanacaq.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, adıçəkilən yol əvvəlkindən daha qısa, sürətli və rahat olacaq.

Yoldan istifadəyə görə ödəniş Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək. Minik və yük avtomobilləri üçün tariflər müxtəlif olacaq.

Xüsusi radar-tərəzilər vasitəsilə əvvəlcədən yük avtomobillərinin parametrləri - çəkisi, normadan artıq yüklənib - yüklənmədiyi müəyyən ediləcək və sistemə ötürüləcək. Nəticələrdən asılı olaraq həmin nəqliyyat vasitələrinin ödənişli yola buraxılıb - buraxılmayacağı müəyyən ediləcək.//Day.az

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 

 

18:00 - 9 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin