Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz dövriyyədən çıxarılan və məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 241 kiloqram müxtəlif narkotik vasitə Binəqədi rayonundakı Bünyad Sərdarov adına maşınqayırma zavodunun ərazisində məhv edilib.
1376 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş narkotik vasitələr, psixotrop və güclü təsiredici maddələrin miqdarı isə belədir;
- 874 kq heroin
- 1 ton 100 qr marixuana
- 250 kq tiryək
- 22 kq həşiş
- 53 qr kokain
- 21 227 metadon həbi
- 180 kq və 2883 həb, 38 kapsul psixotrop maddə
- 38 785 həb, 2 372 kapsul, 189 konvalyut, 238 qr güclü təsiredici maddə
- 30 000 ədəd çətənə və xaş-xaş bitkiləri