Lukaşenko: "Müharibənin "belə uzanacağını" gözləmirdim"

 Lukaşenko:

"Biz Rusiya Silahlı Qüvvələrinin Ukraynada apardığı xüsusi əməliyyatda iştirak etmək fikrində deyilik. Çünki buna ehtiyac yoxdur".

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Associated Press” agentliyinə müsahibəsində bildirib.

Ancaq Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə haqq qazandıran A.Lukaşenko prosesin "belə uzanacağını" gözləmədiyini də deyib:

“Mən bu məsələni rusların dediyi kimi plana uyğun getdiyini və ya mənim bu məsələyə münasibətimi deyə biləcək qədər dərindən bilmirəm. Bir daha vurğulamaq istəyirəm: əməliyyatın uzandığını hiss edirəm”.

Ukraynada nüvə silahının istifadəsinə qarşı çıxan Belarus rəhbəri Rusiya Prezidenti Vladimir Putinin belə planlarının olub-olmadığı haqda suala cavab verməyib: “Rusiyanın buna qadir olub-olmaması Kreml rəhbərliyinə verilməli olan sualdır”.

Amma o, nüvə silahından istifadənin əleyhinə də olduğunu dilə gətirib: "Nüvə silahından istifadə təkcə ona görə qəbuledilməzdir ki, onlar bizim yanımızdadır - biz ABŞ kimi okeanın o tayında deyilik. Bu həm də ona görə qəbuledilməzdir ki, orbitdən uçan Yer kürəmizi vura bilər, heç kim harada olduğunu bilmir".

Putini "böyük qardaşı" adlandıran Lukaşenko deyib ki, onun Belarus prezidentindən başqa heç bir dünya lideri ilə daha yaxın, daha açıq və ya dostluq münasibətləri yoxdur.

13:07 - 6 May 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin