Ermənistan polisi baş nazir Nikol Paşinyanın istefası tələbi ilə küçələri bağlayan vətəndaş itaətsizliyi aksiyaları zamanı 92 fəalı saxlayıb.
Bu barədə Ermənistan polisi məlumat verib.
"Saat 15:00-a olan məlumata görə polisin qanuni tələblərinə tabe olmayan 92 vətəndaş müxtəlif polis bölmələrinə aparılıb", - mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistanda etiraz aksiyaları keçirilir. İrəvanda isə müxalifət bir neçə gündür ki, aktiv küçə yürüşlərinə başlayıb. Onlar əsas nəqliyyat yollarını bağlayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.