Suraxanıda avtomobillə motosiklet toqquşub, ölən var

 Suraxanıda avtomobillə motosiklet toqquşub, ölən var

Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. 

Məlumata xəbərə görə, mayın 4-də saat 15 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində qəsəbə sakinləri C.Zöhrabovun idarə etdiyi “Opel” markalı avtomobillə Ramin Cabbarovun idarə etdiyi “Haujue” markalı motosiklet toqquşub.

Nəticədə motosikletçi hadisə yerində ölüb.


Suraxanı RPİ-də araşdırma aparılır.

16:42 - 5 May 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin