Sumqayıtda avtobus sürücü döyüldü - FOTO

 Sumqayıtda avtobus sürücü döyüldü - FOTO

Sumqayıt şəhərində avtobus sürücüsünə qarşı xuliqanlıq edən şəxs saxlanılıb.

Sumqayıt şəhərində 7 nömrəli marşurut xətti üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobusun sürücüsünə hücum edilməsi barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Hadisə ilə bağlı, Sumqayıt Şəhər Polis İdarəsində araşdırma başlanılıb. Sürücünün şikayəti qeydə alınıb və xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib.
 

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Aftandil Novruzov saxlanılaraq  Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinə təhvil verilib.


Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

                                                                                                       


16:59 - 4 May 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin