Abşeronda kişi arvadını bıçaqladıqdan sonra özünü asıb

 Abşeronda kişi arvadını bıçaqladıqdan sonra özünü asıb

Abşeronda kişi arvadını bıçaqlayaraq intihar edib.

Hadisə Abşeron rayonu Güzdək qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1971-ci il təvəllüdlü Eldar Məmmədov həyat yoldaşı, 1979-cu il təvəllüdlü Radə Məmmədovanı bıçaqlayıb. Daha sonra Eldar Məmmədov özünü asaraq intihar edib.

Qadın xəstəxanaya yerləşdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

14:08 - 4 May 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin